
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus epidemiyasının yaratdığı böhrandan əziyyət çəkən Ermənistan, Azərbaycan və Gürcüstan üçün 2020-ci il iqtisadi artım proqnozunu aşağı endirdi. Bu haqda Reuters məlumatlandırır.
AYİB-in yeni hesabatına görə, Ermənistan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və qarışıqlıq və əmtəə qiymətlərinin dəyişməsi fonunda tələbin azalması nəticəsində 2020-ci ildə 3,5 faiz azalacaq, lakin sonrasa 2021-ci ildə 5.5 faiz artacaqdır.
Bundan öncə Ermənistanda 5,0% artım proqnozlaşdırılırdı.
Gürcüstan və Azərbaycana gəlincə, hesabata əsasən, Gürcüstanın ÜDM artımının 2020-ci ildə 5,5 faiz azalma, daha sonra 2021-ci ildə 5.5 faizə bərpa olunma gözlənilir.
Gözlənildiyi kimi, xarici və daxili tələbin azalması fonunda Azərbaycanın ÜDM-i 2020-ci ildə 3% azalacaq, lakin 2021-ci ildə 3% artacaqdır.