BaşlıcaSiyasət

Azərbaycan Prezidenti nəhayət ki,ölkəsində ədalətsizlik, korrupsiya və cinayətkarlığın hökm sürdüyünü etiraf edib

Kəlbəcər rayonunun yeni “icra hakimiyyətinin başçısı” ilə keçirilən video konfransda Azərbaycan prezidenti İlham Əliyev ədalətsizliyin insanların etimadını məhv etdiyini və böyük problemlər yaratdığını qeyd etdi. Bu haqda Turan.az məlumatlandırıb.

Prezidentin sözlərinə görə, “məcburi köçkünlər”üçün mənzil məsələsində şəffaflıq yoxdur. Əliyev təsdiqlədi ki, araşdırmalar və yoxlamalar göstərir ki, bəzi hallarda məcburi köçkün statusu olmayanlar bu kateqoriyadan olan insanlar üçün tikilmiş evlərdə yaşayırlar.

Əliyevin sözlərinə görə, neqativ hallara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə amansız olacaq.

“Artıq 5  icra başçısı həbs olunub və bunu hamı görüb. Kasıblardan çörək götürmək ən böyük cinayətkarlıqdır.Hər addımbaşı – cinayət, hər addımbaşı – rüşvət. Buna biz son qoymalıyıq”- deyərək prezident qeyd edib.

Məlum olub ki, köhnəlmiş evlərin sökülməsi və onların yerində yeni tikililərin inşası üçün milyonlarla manat pul ayrılıb. Lakin sonra məlum oldu ki, onlar o adamlardan pul  götürüb  kimləri ki, dövlət bu binalarda mənzillərlə təmin edib.

Mənfi faktlar təkcə yerli hakimiyyət orqanlarında deyil, mərkəzi icra orqanlarında da baş verir. Əliyev bildirib ki, korrupsiyaya son qoymaq barədə dəfələrlə xəbərdarlıq edib, lakin çoxları bunun onlara təsir etməyəcəyini düşünür və indisə  ödəyirlər.

Daha çox göstər
Back to top button