Başlıcaİctimaiyyət

Azərbaycanda jurnalistlərin həbsi davam edir

Azırbaycanda bir jurnalist daha hıbs olunub.

Ermənsiatnın İctimai Radiosu “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Azırvbaycanda Azel.tv saytının rəhbəri Əfqan Sadıqov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

“Jurnalistin həbs edildiyini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təsdiq etdilər. Ancaq Sadıqovun nədə günahlandırıldığı barədə mənə məlumat vermədilər,” – jurnalistin vəkili qeyd edib.

Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində yazıb ki, jurnalist bu gün saxlanılıb və sonra yaşadıqları evdə axtarış keçirilib.

“Mənim telefonumu və kompüterimi qanunsuz olaraq apardılar. Bəli, mən bunu qanunsuz hesab edirəm. Bu həbs təsadüfi deyil və sifarişçiləri bəllidir. Daha sonra Əfqana məxsus əlyazmaları götürdülər. Əfqan tənqidi yazıları və çıxışları ilə hər zaman hədəfdə olub,” o qeyd edib.

Daha çox göstər
Back to top button