BaşlıcaSiyasət

Berkaberi kənd başçısı: Ailənin 3 və 6 yaşlı uşaqları atışma zamanı həyətdə oynayırdılar

Mayın 13-də azərbaycanlıların atəşindən  zərər çəkmiş yaşayış evində  gənc ailə  azyaşlı  uşaqlarıyla yaşayır.Bu haqda NEWS.am-ə  Berkaber icmasının müvəqqəti rəhbəri  Vahe Alixanyan   söyləyib.

“İki uşağın 3 və 6 yaşları var, həyətdə oynayırdılar, insanlar həyətdə idi. Atəşlər zamanı təhlükəsiz bir otaqları var idi,ondan  istifadə etdilər”-deyə kənd rəhbəri qeyd etdi.

Atəş nəticəsində evin pəncərələrindən birinin şüşəsi və daxili divar zədələnib. Vahe Alixanyanın sözlərinə görə, pəncərələrin bərpası məsələsi hələ həll olunmayıb.

Daha əvvəl Müdafiə nazirliyinin  mətbuat katibi Şuşan Stepanyan fotoşəkilləri yerləşdirərək, saat 14: 00-da Tavuş rayonunun Berkaber kəndi istiqamətində Azərbaycan hərbi bazalarından iri çaplı atıcı silahlardan  atəşə tutulduğunu, bunun nəticəsində yaşayış evlərinə ziyan dəydiyini qeyd etdi.

“Rəqibin atəş  nöqtələri istiqamətində erməni mövqelərinin əldə etdiyi müvafiq tədbirlər nəticəsində düşmən susdurulub”-deyərək  o, yazıb..

Daha çox göstər
Back to top button