Başlıcaİctimaiyyət

Ermənistanda xüsusi vəziyyət iyunun 13-dək uzadıldı

ER hökuməti bu gün ölkədə xüsusi vəziyyətinin daha 30 gün uzadılması barədə qərar qəbul edib.

Beləliklə, Ermənistanda martın 16-da təsdiq edilmiş və mayın 14-dək uzadılmış xüsusi vəziyyət daha bir ayla, iyunun 13-dək uzadılacaqdır. 

Layihədə qeyd olunur ki, yeni koronavirus infeskiyası nəticəsində yaranmış xüsusi vəziyyət əhalinin həyatı və sağlamlığı üçün təhdid olaraq qalır və beləliklə, ölkədə elan edilmiş xüsusi vəziyyəti rejimi ləğv etmək üçün hələ ki, əsas yoxdur və yoluxma hallarının sayı bunu sübut edir. 2020-ci il mayın 12-də təsdiq edilmiş 3538 koronavirusa yoluxma halından 1430-u sağaldı, 47 nəfər isə öldü (2020-ci il aprein 14-dən sonra halların sayı 2471 ilə artıb), həmçinin ER-da infeksiyanın gələcək yayılması və yoluxma saylarının artması insanların həyatına və sağlamlığına təhdid yaradmaqdadır. 

Daha çox göstər
Back to top button