Başlıcaİctimaiyyət

Sərhədsiz Reportyorlar Təşkilatı: “Azərbaycandakı vəziyyət narahat doğurur”

Sərhədsiz Reportyorlar Təşkilatı(RSF) Təşkilatının Şərqi Avropa və Orta Asiya bürosunun rəhbəri Janna Kavelye müsahibəsində Azərbaycanda mətbuat azadlığı, jurnalistlərə qarşı təqiblərdən danışıb.

Janna Kavalye qeyd etdi ki, Azərbaycan rəsmiləri jusrnalistləri qoruyacaqlarına dair sözlərini tutmurlar.
“Onlar beynəxalq çağırışlara məhəl qoymurlar və mətbuat azadlığı ilə söz azadlığını boğmağa davam edirlər. Müstəqil jurnalistlər və blogerlər həbs və şantaj olunurlar. Onlar əsassız ittihamlarla həbs olunurlar. Ona görə də, Azərbaycandakı vəziyyət bizi çox narahat edir”,- deyə təşkilatın əməkdaşı vurğulayıb.

Ölkə sərhədlərindən kənarda yaşayan jurnalistlər belə təqib edilir və şantaj olunur. Azərbaycanda azı beş jurnalist həbsdədir. Bundan əlavə bəzi müstəqil vebsaytlara çıxış blok olunub. Rəsmilər tərəddüd etmədən jurnalistləri həbs edirlər.

Təşkilatın əməkdaşı xatırlatdı ki, parlament seçkiləri zamanı Azərbaycanda azı 18 jurnalistin işi məhdudlaşdırılmışdı və onlar hətta gördükləri işə görə fiziki hücumlara belə məruz qalmışdılar.

Onun sözlərinə görə, bu vəziyyət pandemiya günlərində də davam etməkdədir. Hökümət jurnalistləri hədəf almaq üçün karantin tədbirlərindən sui-istifadə edir.

“Biz xarici ölkələri, xüsusilə də Azərbaycanla kommersiya əlaqələri olan Avropa ölkələri tərəfindən beynəlxalq təzyiqin olunmasına çağırırıq.Biz rəsmiləri mətbuat azadlığı və söz azadığına hörmət etməklə imiclərini yaxşılaşdırmağa çağırırıq”,- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button