Başlıcaİctimaiyyət

Yaz aylarında Ermənistan öz sərhədlərini turistlərə aça bilər

Yaz aylarında Ermənistanın öz sərhədlərini turistlər üçün aça bilər. Bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan bildirib.

Gürcüstan və bir çox Avropa ölkəsi elan edirlər ki, iyulun 1-dən sərhədləri turistlər üçün aça bilərlər. Bizdə də şərhədlərin açılması üçün şərtlər var. Ermənistana turist göndərən turoperatorlarımız artıq bizə suallar verirlər”,- deyə o qeyd etdi.

Koronavirusun yaratdığı böhran səbəbindən Ermənistandakı turizm sektoru böyük zərər görüb.

“Birinci rübdə bir sıra ziyarətlərimiz var idi, rəsmi məlumatlara görə, bu ilin ilk rübündə 311 minə yaxın ziyarətlər olub, lakin söz daxili ziyarətlər haqqındadır.Daxili ziyarətlərin sayı bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 14,6% azalıb”,- deyə Mexak Apresyan bildirib

Hesablamalar nəticəsində bu ilin ikinci rübündə Ermənistanın daxili turizm sahəsi təxminən 370 milyon dollar zərər görüb. Ötən ilin birinci yarısında, yanvar-iyun aylarında gələn turistlərin sayı 770 min oldu.

Daha çox göstər
Back to top button