
Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin girovları əvəz etmək bəyanatına cavab verib.
Ermənistan dəfələrlə “Hamını hamıyla” prinsipinə olan mövqeyini bildirib və bu dəyişməz olaraq qalır. Bu haqda Sputnik Armeniya-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacının açıqlamasına istinadən ER Xarici işlər nazirinin mətbuat katibi Anna Naqdalyan söyləyib.
Hacıyev bəyan edib ki, rəsmi Bakı girovların “Hamını hamıyla” prinsipi ilə mübadilə etməyə hazır olduğunu, lakin bu məsələdə Ermənistanın konstruktivliyini görmədiklərini bildirib.
“Ermənistan hər zaman həqiqi humanitar hərəkətlərə sadiqdir, lakin bu humanitar əməllər xüsusilə ağır cinayətlər baş verdikdə cəzasızlığa dözməməlidir. Xüsusən də insan hüquqları sahəsində beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulduğunun şahidi oluruq”- deyərək Nağdalyan bildirib.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxsin qəsdən öldürülməsi istənilən cəmiyyətdə ağır cinayətdir. Buna görə, “Hamını hamıyla” prinsipi, Nağdalyanın fikrincə, cəzasızlığa, beynəlxalq hüquq normalarının və insan hüquqları sahəsində humanitar hüququn pozulmasına əsas verən çıxış yolu olmamalıdır.
Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd etdi ki, nifrət zəminində baş verən cinayətlərə görə cəzasız qalmaq artıq yeni cinayətlərə və beynəlxalq hüquq pozuntularına səbəb olur. Onun sözlərinə görə, nifrət zəminində cinayətkarları qəhramanlaşdırmaq və onu icra edənləri müdafiə mövzusuna çevirməyin özü artıq ağır bir cinayətdir.
“Biz törətdiyi cinayətdə ittiham olunan şəxsin ekstradisiyasından sonra qəhramanlaşdırılmasının və yalnız bir ermənini öldürdüyü üçün müdafiə obyektinə çevrildiyinin şahidi olmuuşuq.
Buna görə də bizim əsas məqsədimiz bölgədəki bu cür inkişafların qarşısını almaqdır, çünki onlar nə regiona nə də region xalqlarına gərək deyil”-deyərək Nağdalyan qeyd edib.
Xatırladaq ki, hazırda 2 azərbaycanlı 2014-cü ildə Artsax ərazisində həbs olunan Şahbaz Quliyev və Dilhəm Əsgərov erməni tərəfində saxlanılır:
Qarabağ məhkəməsi Əsgərovu ömürlük azadlıqdan məhrum edib, Quliyevi isə casusluqda, dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat daşımaqda,adam oğurluğunda və öldürməkdə ittiham edərək 22 il müddətinə azadlıqdan məhrum etmişdir..
Onlar 2014-cü il iyulun 4-də DQR yetkin yaşına çatmamış vətəndaşı Smbat Tsakanyanı oğurlamışlar. Tsakanyanın bədənində silah xəsarətləri olmaqla iyulun 15-də Karvachar və Manashid icmaları arasındakı meşə ətrafında tapılmışdır.
Bundan başqa , Həsənov 2014-cü il iyulun 11-də Vardenis-Karvachar magistral yolunun 32-ci km-də, Yerevan sakini Sargis Abrahamyanın (1971-ci il təvvəlüdlü) və Kotayk rayonunun Dzoragbyur kənd sakini Karine Davtyanın üzərinə atəş açmışlar.
Girovlrın , münaqişə edən tərəflər arasında son mübadiləsi 2019-cu il iyunun 28-də olub.Həmin gün Ermənistan və Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsi ilə ərazilərdə saxlanılan Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimovu ER vətəndaşı Zaven Karapetyanla əvəz etdilər.
Tavuş rayonunun Berdavan kənd sakini 34 yaşlı Karen Ğazaryan hazırda Azərbaycandadır. O, 2018-ci il iyulun 15-də Azərbaycan ərazisində peyda olunub.
Keçən il, 2019-cu ilin avqustunda 19 yaşlı ordu xidmətçisi Arayik Qazaryan Azərbaycan ərazisindəpeyda olunub.. Ermənistanın Müdafiə naziri David Tonoyan hərbiçinin həmin ərazidə azdığını söylədi.
