Başlıcaİctimaiyyət

AŞPA məruzəçiləri: ” Biz Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı ölkənin beynəlxalq öhdəliklərinə ciddi riayət etməyə çağırırıq”

AŞPA-nın Azərbaycanın monitorinqi üzrə məruzəçiləri Ştefan Şennax (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya) hakimiyyətin pandemiyaya qarşı mübarizə adı altında öz tənqidçilərini təqib etməsindən narahat olduqlarını bildiriblər.

Ermənistanın İctiami Radiosu “Turan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, məruzəçilər tərəfindən siyasi məhbus hesab edilən məhbusların təhlükəsizliyilə bağlı narahatdırlar.

“Biz COVID-19 pandemiyasına qarşı təhlükəsizlik tədbirləri adı altında hökumətin opponentlərinə qarşı genişmiqyaslı repressiyaları və ifadə azadlığının, o cümlədən İnternetə çıxışın məhdudlaşdırılması barədə çoxsaylı məlumatlar almışıq. 15-dən çox müxalifət fəalı və jurnalist karantin qaydalarını pozulması və ya polisə tabe olmamaq ittihamı ilə 30 günədək həbs cəzasına məhkum edilib. ”, – bəyanatda bildirilir.

Bəyanatda həmçinin qeyd olunu ki, bu həbslər hökumətin tənqidçilərinə qarşı köhnə repressiya sxemidir.

“Biz Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı ölkənin beynəlxalq öhdəliklərinə ciddi riayət etməyə və siyasi müxalifəti boğmaq üçün koronavirus pandemiyası ilə mübarizəyə yönələn tədbirlərdən sui-istifadədən çəkinməyə çağırırıq”, – onlar vurğulayıblar.

Daha çox göstər
Back to top button