BaşlıcaSiyasət

Artsax Respublikası Mərkəzi Seçki Komissiyası Arayik Harutyunyana Artsax Respublikası Prezidentinin vəsiqəsini təqdim etdi

Mayın 15-də Artsax Respublikasının Mərkəzi Seçki Komissiyası, 2020-ci il  mayın 15-də Artsax Respublikasının Prezidenti seçilən Arayik Vladimiri Harutyunyanın Artsax Respublikası Prezidentinin vəsiqəsi ilə təmin edilməsi barədə qərar qəbul etdi.

Bu haqda Artsax  Respublikası Mərkəzi Seçki Komissiyasının saytından məlumat verilib.

“Mərkəzi Seçki Komissiyasında sertifikatın Artsax Respublikası Prezidentinə təhvil verilməsi üçün planlaşdırılan ənənəvi təntənəli mərasim, mövcud fövqəladə vəziyyətdən irəli gələn müəyyən nizamın qorunması zərurəti səbəbindən keçirilməyib.

Artsax Respublikasının Mərkəzi Seçki Komissiyası, Artsax Respublikasının seçilmiş Prezidenti Arayik Vladimiri Harutyunyanı təbrik edir və ona səmərəli, bəhrəli  fəaliyyət və uğurlar diləyir” –deyərək məlumatda bildirilib.

Daha çox göstər
Back to top button