BaşlıcaSiyasət

Azərbaycanda ənənəvi olaraq BMT Baş katibinin bəyanatını təhrif etdilər

Azərbaycanda beynəlxalq öhdəliklərin yerinə yetirməsinə məhəl qoymamağa davam edirlər.

Xatırladaq ki, bu ölkədə yaxın zamanda hücum xarakterli təlimləri keçirmək planlaşdırılır, lakin Bakıda, keçmişdə olduğu kimi, bu barədə xəbərdarlıq etməni yenə “unutdular”. Bu münasibətlə Ermənistanın Müdafiə Nazirliyi beynəlxalq öhdəliklərin yetirnə yetirilmə zərurətini xatırlatdı. Bundan başqa, canlı gücün yaxınlaşması təxribat olaraq qiymətləndiriləcəkdir.

Azərbaycan MN-nin mətbuat xidməti isə, bildirib ki, Azərbaycan ordusu təlimləri beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində keçirir və beynəlxalq sənədlərin tələblərinin poxulması barədə söz belə gedə bilməz.

Azərbaycan MN nümayəndələrinin məntiqi ilə “onların ərazisində” istənilən təlimi, nüvə silahı sınaqları belə keçə bilərlər və bu beynəlxalq sənədlərin tələblərinin pozulması sayıla bilməz.

“Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir. BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir”,-deyə Azərbaycanın Müdafiə Nazirliyi BMT Baş katibinin bəyanatının məzmununu təhrif edərək bildirib.

Daha çox göstər
Back to top button