Başlıcaİctimaiyyət

Azərbaycanın Ombudsmanı hüquq müdafiəçisinin Tofiq Yaqublunun işi ilə bağlı sorğusuna məhəl qoymur

Azərbaycanın Ombudsman aparatı qanunvericiliyi pozur və hüquq müdafiəçisi Samir Kazımlının 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan müxalifətçi Tofiq Yaqublunun hüquqlarının pozulması ilə bağlı müraciətinə məhəl qoymur. Məlumatı Turan agentliyi yayıb.

Kazımlı mayın 5-də İstintaq Təcridxanası əməkdaşlarının Yaqubluya ailə üzvləri tərəfindən aparılan geyim və dərman pereparatlarını ona çatdırmaqdan imtina etməsi ilə əlaqədar ombudsman Səbinə Əliyevaya müraciət edib.

Hüquq müdafiəçisi müraciətdə qeyd edir ki, Yaqublu Qarabağ müharibəsi veteranıdır və astmadan əziyyət çəkir. Kazımlı ombudsmandan bu məsələni dövlət orqanları qarşısında qaldırmağı və məsələnin həll olunmasına köməklik etməsini xahiş edib.

10 gün keçməsinə baxmayaraq, ombudsman nəinki problemi həll etməyib, heç müraciətə də cavab verməyib ki, bu da qanun pozuntusudur. Bu zaman indiyədək Yaqubluya geyim və dərman verilməyib.

Daha çox göstər
Back to top button