BaşlıcaSiyasət

Bu dəfə hücum əmrini kim verəcək?

Mayın 18-22-də Azərbaycanda genişmiqyaslı operativ-taktiki təlimlər keçiriləcəkdir. Ermənistan Müdafiə nazirliyi hərbi təlimlərin hücum xarakterli olduğunu xatırladaraq bununla bağlı  bəyanat yayıb.

Azərbaycan Müdafiə nazirliyindən verilən məlumata görə, təlimdə qoşunların seçilmiş istiqamətlərdə istifadəsi,  rəqibin qoşunlarının operativ şəkildə yerləşdirilməsinin tam dərinliyi ilə raketlər və artilleriya, aviasiya, yüksək dəqiqlikli avadanlıqların tətbiqi nəzərdə tutulub.

Bu bəyanat, azərbaycanlı rəsmilərinin mütəmadi olan,  Bakının səbrinin tükəndiyi və “ərazi bütövlüyünü bərpa etməyə” hazırlığı barədə tez-tez səsləndirdiyi bəyanatları fonunda  yayılıb.

Eyni zamanda, Azərbaycan Tavuş rayonunun kəndlərini atəşə tutmağa başlayıb. Azərbaycanın atdığı addımlarla 2016-cı ili paralel olaraq görmək olar,o zaman da Bakı hərbi bir macəraya hazır olduğunu gizlətməmişdi, lakin beynəlxalq ictimaiyyət və hətta Ermənistan rəhbərliyi bu niyyətləri ciddi qəbul etməmişdir.

Vəziyyət 2016-cı ilin mart ayında və indi  çox baxımlarla  eynidir və indi də bir çox cəhətdən  olduğu kimi, neftin qiyməti kəskin şəkildə aşağı düşəndə, Əliyevin ölkədəki mövqeyi sarsılır, Rusiya ilə Türkiyə Suriyada münaqişə vəziyyətində olduqda, Ermənistan rəhbərliyi birtərəfli güzəştlərdən imtina etmişdir.Bundan əlavə, sərhəd monitorinqi beynəlxalq mexanizmlərin tədbiqi  perspektivi daha reallaşır.

2016-cı il yanvarın əvvəlində, ABŞ  Konqresinin  Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Ed Roysun təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirə  təşkil olunmuşdur.

Bundan əvvəl Ed Royce və konqresmen Eliot Engel Dövlət Departamentinə monitorinq mexanizmlərinin tətbiq olunmasını təklif edən məktub yazmışdılar. Məktubu 80 konqresmen imzalamışdır.

Bundan sonra Əliyev səbrinin tükəndiyini elan etməyə başladı və eyni zamanda hərbi təxribata zəmin hazırlamağa çalışdı. Xüsusilə, yanvarın 26-da AŞ PA  2 anti-erməni qətnamələri məsələsiylə səsvermə keçirildi və qətnamələrdən  biri qəbul olundu.

Həmin qətnamə Sərsəng su anbarına olan Azərbaycanın hüquqlarına aid idi.

2016-cı ilin fevralında Əliyev Tehrana yola düşdü və İranla Artsax arasındakı sərhəddəki Xudafərin SES-in birgə istifadəsi ilə bağlı İranla saziş imzaladı.

2016-cı ilin aprelindəki hərbi əməliyyatların Şimalda və Cənubda olduğunu nəzərə alaraq, Əliyev əvvəlcədən Sərsəng və Xudafərə olan  haqqını “təstiqləməyə” çalışırdı.

2016-cı ildə Bakı buna nail ola bilmədi, əksinə sərhəddə təmkin mexanizmlərinin tətbiqi məsələsi daha aktuallaşdı və yalnız Rusiyanın köməyi ilə Azərbaycan bundan çəkinməyi bacardı.

Azərbaycan yenidən fəallaşdı və məsələni hərbi yolla həll etməklə hədələyir. Əliyev üçün vəziyyət 2016-cı ildəki vəziyyətdən daha pisdir, bunu klanlararası mübarizədəki təmizlik, Əliyevin reytinqinin azalması və Azərbaycanın ehtiyatlarının   cüziləşməsi isbat edir.

Ermənistan Müdafiə nazirliyi Azərbaycanda genişmiqyaslı hərbi təlimlərin əvvəlcədən xəbərdar edilmədən keçirilməsinə ATƏT-in diqqətini cəlb edir: “Eyni zamanda, sizə bildirmək istərdik ki, Ermənistanla dövlət sərhəddində və ya Artsaxla təmas xəttində keçirilən hərbi təlimlər zamanı hərbi texnika və işçi qüvvəsinin hər hansı bir cəhdi təxribat hesab ediləcək və müvafiq nəticələr verəcəkdir”-deyərək bu barədə Ermənistan Müdafiə nazirliyinin  bəyanatında bildirilib.

Daha çox göstər
Back to top button