BaşlıcaSiyasət

ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hərbi hissələri ziyarət edib

Mayın 14-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdə olub, cari təmir işləri və gündəlik xidmətin təşkili ilə tanış olub. Bu barədə “Armenpress” ə ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

General-leytenant Artak Davtyan hərbi bazalarda da olub, sərhəd bölgəsinin bu hissəsində operativ vəziyyət, şəxsi heyətin fiziki, döyüş və mənəvi hazırlıq səviyyəsi, hərbi vəzifələrin şərtləri, cəbhə bölgəsində aparılan mühəndis işləri ilə tanış olub.

Sonunda SQ BQ rəisi bölmə komandirlərinə döyüş növbətçiliyinin səmərəliliyini artırmaq barədə tapşırıqlar verib.

Daha çox göstər
Back to top button