Başlıcaİctimaiyyət

Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 94 nəfər sağalıb

Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 94 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 044-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 52-yə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 1 666 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 304 aktiv koronavirus xəstəsi var. İndiyədək 37 476 test aparıldı.

Daha çox göstər
Back to top button