BaşlıcaSiyasət

Mariya Zaxarova Ermənistanla Azərbaycan arasında girovların dəyişdirilməsindən danışıb

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında girovların dəyişdirilməsi məsələsini diqqətdə saxlayır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə bildirib.

“Girovların dəyişdirilməsi məsələsi Dağlıq Qarabağ pobleminin nizamlanması məsələsində daim gündəmdə olan mövzudur. Ötən il Moskvada qərar qəbul edildi ki, girovları onların yaxınları ziyarət edə bilər. Daha sonra Azərbaycan və Ermənistan hər biri bir girov qaytardılar. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə digər məhbuslarına dair danışıqlar davam edir”,- deyə Mariya Zaxarova bildirib.

Daha çox göstər
Back to top button