BaşlıcaMədəniyyət

“Hərəkətsiz” erməni qız Polşalı Tomekinə qələbə gətirib. bir fotonun hekayəsi

Erməni qızın fotosu nüfuzlu World Press Photo 2020 beynəlxalq müsabiqəsinin “Portret / bir nəfərin fotosu” nominasiyasında birinci yeri tutdu.

Fotonun baş qəhrəmanı 15 yaşlı Evadır. Onun “resignation syndrome” (apatiya, məzlumluq) nəticəsində katatonik hərəkətsizliyi olmuşdur. Fotoda, Polşadakı Podkova Lesna qaçqın qəbul mərkəzində qohumlarının əhatəsində əlil arabasında oturur.

Polşanın Duży Format, Gazeta Wyborcza qəzeti üçün 2019-cu ilin iyununda çəkilmiş fotonun müəllifi Tomek Kaçor əsərini “Oyanış” adlandırıb.
Müsabiqə üçün portreti necə hazırladı, Evanın və onun sirli xəstəliyi necə öyrəndi?

“Resignation syndrome” haqqında ilk dəfə həyat yoldaşım Dorota Borodadan eşitdim. O, jurnalistdir”- deyə Tomek qeyd edib.
Katatoniya hadisələrin böyük əksəriyyəti İsveçdə qeydə alınır.
Katatoniya, zorakılığın şahidi olmuş qaçqın uşaqları arasında tez-tez olur (çox vaxt öz valideynlərinə qarşı). Bu sindrom xəstələri passiv edir, yeyə, danışa və içə bilmirlər.

Ailənin İşveçə sığınmağa çalışdığı zaman Eva hərəkəzsiz oldu, çünki onları Polşaya deportasiya etməklə təhdid etdilər. Poşadan isə köçürdükləri yerə göndərilə bilərdi. Qeyd etmək lazımdır ki, bu ailənin Avropaya köçmədən əvvəl harada yaşadığı və niyə köçürüldüyü barədə daha ətraflı məlumat bu anda yayımlanmır.

Doroti Polşa mətbuatı üçün bu sindrom barədə bir məqalə hazırlamaq qərarına gəldi. Bu yazı üzərində işləyərkən Eva haqqında məlumat aldı və qızın Varşavadan çox uzaq olmayan Polşada yaşadığını öyrəndi. Görüşməyə və üz-üzə danışmağa razı olan valideynləri ilə əlaqə qurdu.

“Eva və ailəsi ilə ötən ilin iyun ayında görüşdülər. Qız bundan bir neçə həftə əvvəl “oyanmağa” başlamışdı. Onun dərcin əleyhinə olmadığını bilmək mənim üçün çox vacib idi”- deyə o, qeyd edib.

“Məqalənin dərcindən sonra bir çox tanış və həmkarlar şəklin World Press Photo-a göndərilməsini məsləhət verdilər. Sonda bunu etdim və bu mənim fotomüsabiqədə ilk iştirakım oldu”- deyə müəllif vurğuladı.
Tomek, Eva və ailəsi ilə əlaqə saxlayır. Qeyd edir ki, qız yenə demək olar ki, tamamilə sağalıb, məktəbə gedir və Polşada özünü yaxşı hiss edir.

Fotoqraf “Oyanış” fotosuyla ictimaiyyəti narahat edən bəzi məqamları diqqətə çatdırmağa çalışır. Əvvəlcədən, bu məcburi köçkünlərin yarıdan çoxunun uşaqlardır. Tomek, bu uşaqların təhlükəsizlik hisslərini itirəndə nə baş verəcəyini göstərmək istədi. Bununla belə, foto göstərir ki, dünyadakı itirilmiş inam birgə səylərlə bərpa edilə bilər…

Daha çox göstər
Back to top button