BaşlıcaSiyasət

ƏN spikeri feyk xəbərlər yayanlara müraciət edib: “Dərhal dəlillər təqdim edin”

ER Ədliyyə nazirliyinin spikeri, sosial şəbəkədəki mülahizələrə istinad edərək, güya  mərhumun yaxınlarına ölümü koronavirus kimi qeyd etmək üçün 100.000 dram təklif olunduğunu söylədi. Nikoğosyan faktları təqdim etməyə çağırdı.

ER Səhiyyə nazirinin spikeri Alina Nikoğosyan sosial şəbəkələrdə son zamanlar daim spekulyasiya olunan bir mövzuya toxundu,  güya, Ermənistanda  mərhumun yaxınlarına  və doğmalarına koronavirusdan öldüyü barədə bir sənəd imzalamaq üçün 100.000 dram təklif edilib.

“Oxşar informasiya yayanları Səhiyyə naziri Arsen Torosyanın, həmçinin nazirliyin Facebook-dakı şərhləridə tapa bilərsiniz. Bu anlaşılmaz xəbərlərin arxasınca   getməyə çalışdıq, yazanlardan heç bir cavab almadıq və nə də mənbəyi tapmadıq.

Yazıların əksəriyyəti əsasən feyk səhifələrdən hazırlanır, məsələn ekran görüntüsündə. Bu cəfəngiyat  dolu  xəbərlər əsassızdır və həqiqətə uyğun deyil.

Həmçinin, anlaşılmazdır ki, dövlətin əsaslanmamış  ölümlərin olmasında və statistikanı “şişirtmək”də marağı  nədən ibarət olmalıdır axı?”-deyərək o, yazıb.

Nikogosyan qeyd edib ki, şəxsin ölümünü qeyd etmək  anından   cəsədi  doğmalarına  təhvil vermək prosessinə kimi nazirlik tərəfindən nəzarət  edilir.

Onun sözlərinə görə, bəzi qruplar vəziyyətdən yararlanır və Səhiyyə nazirliyinin işini ləkələmək fürsətini əldən buraxmırlar.

“Buna baxmayaraq, hələ də aramızda oxşar fenomenin olduğunu iddia edən insanlar varsa, zəhmət olmasa dərhal sübutlar  təqdim edin”- deyərək Nikoqosyan qeyd edib.

Daha çox göstər
Back to top button