BaşlıcaEkonomika

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ermənistana verilən yardımı 11.5 dollar artırdı

Ermənistan Baş nazirinin Aparatı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında mayın 13-də idarəetmənin effektliyinin və hesabatlılığının genişləndirilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb, bunun çərçivəsində Ermənistana verilən yardım 11.5 dollar artırılaraq, 51.4 milyon dollara çatdırılıb.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi mlumat yayıb.

Müqavilə, şəffaflığın və hesabatlılığın, iştirakçı və hərtərəfli seçki və siyasi proseslər və qanunun aliliyi yolu ilə geniş miqyaslı demokratik idarəetmə islahatlarına dəstək verəcək.

USAİD, həmçinin, ABŞ İqtisadiyyat Nazirliyi ilə daha rəqabətqabiliyyətli və diversifikasiya edilmiş özəl sektorun təşviqi barədə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ermənistana yardım 7,5 milyon dollar artırılıb.

Bu dəyişikliklə 2010-cu ildə imzalanan müqavilə ilə göstərilən yardımın ümumi həcmi 91,8 milyon dollara çatıb.

Daha çox göstər
Back to top button