Başlıcaİctimaiyyət

AXCP iki fəalının taleyindən narahatdır

Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Niyaməddin Əhmədov və Səid Məmmədzadənin yeri məlum deyil. AXCP-dən bildiriblər ki, qeyri-rəsmi məlumatlara görə, N.Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətindədir, A.Məmmədzadə isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Qeyd edək ki, N.Əhmədovun həbs müddəti (30 sutka) mayın 15-də bitib, lakin onu buraxmayıblar. Partiyada hesab edirlər ki, onu yenidən DTX-ya aparıblar və partiya lideri Əli Kərimliyə qarşı ifadə verməsini tələb edərək yenidən işgəncə verirlər.

S.Məmmədzadəyə gəlincə, mayın 16-da onu küçədə saxlayıblar və onun haqqında indiyədək məlumat yoxdur. Amma məlumdur ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

DİN bu faktları şərh etmir, təkcə onu bildirir ki, “bu, həqiqətəuyğun deyil”.

Daha çox göstər
Back to top button