Başlıcaİctimaiyyət

Azərbaycanda siyasi məhbusda koronavirus əlamətləri var

13 saylı koloniyada həbs cəzası çəkən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli özündə koronavirusun əlamətləri olduğunu bildirib. Turan-a əsasən, bunu barədə onun qardaşı Taleh Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, Saleh mayın 16-da zəng edib və deyib ki, bədənində səpkilər əməml gəlib, ağzında dad yoxdur.

“Həkimlər bildirirlər ki, bu, koronavirusa yoluxmanın ilkin əlamətləridir. Koloniyada yüksək hərarəti olan xəstələr çoxdur. Artıq iki həftədir ki, test aparılmır. İki həftə öncə infeksiyaya yoluxmuş xəstələri aparıblar. Ancaq həmin xəstələrlə əlaqədə olanları yoxlamırlar. Koloniyada məhbuslar üçün dərman, ərzaq, sabun və paltar qəbul edilmir. Məhbuslar qış paltarlarında qalıblar. Paltarlarını dəyişə bilmirlər, ərzaq və siqaret məsələsində çətinlik çəkirlər”, – Rüstəmli bildirib.

Xatırladaq ki, mayın 12-də Ədliyyə Nazirliyi  həbsxanalarında 33 nəfərin yoluxmuş olduğunu bildirib. Mayın 15-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbəri Ramin Bayramlı 46 nəfərin yoluxduğunu bildirib. Lakin məhkumların doğmalarının sözlərinə görə, təkcə 13 saylı koloniyada ən azı 96 nəfər yoluxub.

Daha çox göstər
Back to top button