BaşlıcaSiyasət

Bəzilər Ermənistanın qanuni nümayəndələrini danışıqlar masasında çəkindirməyə çalışır: Paşinyan

“Mən bir tendensiya görürəm, bəzilər davamlı şəkildə “vay, nələr baş verir?” deyərək Ermənistanın qanuni nümayəndəlırini danışıqlar masaında çəkindirməyə çalışır”. Bunu ER Baş naziri Nikol Paşinyan mətbuat konfransında qeyd edib. O bildirib ki, Qarabağ məsələsinin əsasında bir prinsip dayanır – hər şey razılaşdırılmadan heç bir qərar verilməz.

“Danışıqlar masasında müxtəlif insanlar oturur, bir çox məqbul və qəbuledilməz fikirlər səsləndirilir, və nə? Elə bir vəziyyət yaratmaq və çəkindirmək istəyirlər ki, Ermənistan nümayəndələri qulaqlarını bağlayıb “biz eşitmirik” desinlər və ya danışıqlar masasını buraxıb qaçsınlar. Qarabağ məsələsini həll edən erməni xalqıdır və mən prinsiplərimizi dəfələlərlə bildirmişəm. Biz danışıqlar masasından çəkinməyəcəyik.

Danışıqlar masasında bir çox fikirlər səsləndirilə bilər, çünki bizim məsələmiz odur ki, qarşılıqlı məqbul bir həll tapaq. Tapmaq üçün isə axatarmaq lazımdır. Axtarmaq isə danışmaq deməkdir. danışmaq isə nə istədiyindən və öz gücünə əmin olmaq deməkdir. Danışmaq üçün xalqın mandatı olmasından əmin olmaq deməkdir. Biz bundan əminik və danışıqlar masasında hətta bəzi ermənistanlı qüvvələr bizi çəkindirə bilməz”,-deyə paşinyan qeyd etdi.

Baş nazir deyib ki, Artsaxın seçilmiş nümayəndələrinin danışıqlarda iştirakı çox vacibdir və onlar bu barədə öz fikirlərini dəfələrlə ifadə etdi. “Biz Artsaxın seçilmiş nümayəndələrinin iştirakı olmadan heç bir həll təsəvvür edə bilmirik”,-deyə Ermənistan Baş naziri vurğuladı.

Daha çox göstər
Back to top button