BaşlıcaSiyasət

Aprelin komissiyası iyunun 4-də işini başa çatdıracaq və sentyabrda hesabatı təqdim edəcəkdir

Aprel müharibəsinin təffərrüatlarını araşdıran parlamentin İstintaq komitəsi  iclasdan sonra komitənin sədri  Andranik Koçaryan  “Arşak Karapetyan  2016-cı ildə kəşfiyyatda  ciddi  nöqsanlar olub-olmadığını etiraf edirmi,  haçan ki, Serj Sarkisyanın sərəncamıyla  o vəzifəsindən uzaqlaşdırıldı” sualına  toxunaraq  qeyd edib:

“Bu sualın cavabını siz yekun nəticəmizlə tanış olduqdan sonra görəcəksiniz , əgər tanış olmaq imkanınız olarsa. Bu məxviliklə bağlıdır. Qalanlarına gəldikdə, bunlar barədə mümkün qədər sizi maraqlandıran məsələlərlə bağlı məlumat vermək üçün bir versiya tapacağıq”-deyə o, qeyd etdi.

Andranik Koçaryan komissiyanın öz işini iyunun 4-də başa çatdıracağını bildirdi: “İctimaiyyətə və dövlət məmurlarına keyfiyyətli bir hesabat təqdim etməyi bacarmalıyıq. Ona görə də yayın iki ayında mövcud məlumatları qaydaya salmalıyıq.

Heç kim parlamentdə  olduğu qədər əhatəli  məlumatlaraa sahib deyil..Sentyabr ayında hər kəsi maraqlandıran vacib epizodları ictimaiyyətə təqdim etməyə hazır olacağıq. Bizdə tam təhlil aparmağa imkan verən o qədər məlumat var ki, o da tam analiz etməyə bizə icazə verir.

Aprel ayı  nəsə bir olayla başlayıb və nəsə  bir olayla da bitibdir. İndi bütün o prosesi keçmişik və hazırda sonun nə olduğunu təhlil etməklə anlamalıyıq yekunu necədir. Çünki “5-ci kanal”  filmində başqa bir şey deyilir, reallıq bir az fərqlidir. Ölkəmizin təhlükəsizlik sistemi üçün ən vacib olanı biz başa düşməliyik”.

Daha çox göstər
Back to top button