BaşlıcaEkonomika

Beynəlxalq Valyuta Fondu Ermənistana koronavirusla mübarizə üçün 280 milyon dollar verib

Beynəlxalq Valyuta Fondunun İdarə heyəti Ermənistana koronavirusla mübarizə üçün 280 milyon dollar yardım göndərməyə qərar verib. Bu barədə 1prime.ru məlumat yaydı.

“BVP İdarə heyətinin qərarıyla dərhal Ermənistana koronavirusa qarşı mübarizə üçün 280 milyon dolar vermələri nəzərdə tutulur”,- fondun bəyanatında deyilir.

Fond əlavə edib ki, “maliyyələşdirmə hakimiyyətə qısamüddətli risklərin qarşısını almağa və koronavirus epidemiyasının sosial-iqtisadi nəticələrini aradan qaldırmaq üçün vəsait təmin etməyə kömək edəcəkdir.”

Qeyd edək ki, mayın 19-da olan məlumata görə, Ermənistanda 218 yeni koronavirus infeksiyası təsdiqlənib. 3 vətəndaş öldü. Xəstəliyin ümumi sayı 5041, ölənlərin sayı 64-dür.

Daha çox göstər
Back to top button