BaşlıcaSiyasət

DQMŞ kiberhücumlara görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığını bəyan edib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat verərək, İnternetdə bu qurumun iclaslarının qanunsuz kibermüdaxilələr yolu ilə dinlənilməsini pisləyib.

Belə ki, son günlər Azərbaycan hakimiyyətinin nəzarəti altında olan hesablarda və sarı mətbuatda DQMŞ-nin Koordinasiya Mərkəzinin ZOOM sistemi vasitəsilə keçirdiyi videokonfranslardan videogörüntülər yayılıb. Beləliklə, hakimiyyət cinayət yol ilə DQMŞ-nin bütün iclaslarına müdaxilə etdiyini və onları qeydə aldığını etiraf edib.

Demokratik ölkələrdə siyasi rəqiblərinin daxili söhbətlərini, qapalı toplantılarını qanunsuz kibertexnologiyalar vasitəsilə gizlin şəkildə dinləmək, qeydə almaq və sonradan yaymaq ağır siyasi cinayətdir. Belə ki, 1972-ci ildə “Uoterqeyt qalmaqalı”ndan sonra ABŞ prezidenti Nikson istefa vermək məcburiyyətində qalıb.

DQMŞ-nin iclaslarını dinləməklə yanaşı, hakimiyyət ayrı-ayrı siyasi xadimlərin və müxalifət fəallarının hesablarına kiberhücumlar təşkil edir.

Çox vaxt dinlənilən materiallar hökumətin əsas ideoloji ruporu olan REAL TV-dən bütün ölkəyə yayımlanır.

AXCP lideri Əli Kərimli bir aydır İnternet imkanlarından məhrum edilib. DQMŞ bəyanatında kiberhücumlara görə ölkənin siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bəyan edir, rejimin gələcəkdə bu cinayətlərə görə cavab verməli olacağından əminlik ifadə edir. 

Daha çox göstər
Back to top button