Başlıcaİctimaiyyət

Ermənistanda daha 218 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 218 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 041-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı 64-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 2 164 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 788 aktiv koronavirus xəstəsi var. İndiyədək 43 041 test aparıldı.

Daha çox göstər
Back to top button