BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti: “Mayın 17-si Berdadzorun, 18-i isə Laçın-Berdadzorun azad olunması günüdür”

“1991-ci il may ayının ortalarında “Koltso” hərbi əməliyyatı  çərçivəsində Sovet Ordusunun 4-cü və Azərbaycan OMON-un birgə qüvvələri Şuşi bölgəsinin Berdadzorla yanaşı olan 4 erməni kəndi mühasirəyə alındı  və pasport yoxlanışı təşkil edildi.

Adi hala çevrilmiş bu olay ərzində erməni mənzillərində daima axtarış aparılır və həbslərə başlanılırdı. Lakin 1991-ci il mayın ortalarında həmin ərazi  xüsusi planla  ermənilərdən təmizləndi ki, o da Artsaxı AnaVətənə bağlayan ən yaxın ərazilərdən biri idi.

1991-ci il mayın ortalarında, eyni əməliyyat  ərzində Hadrut bölgəsindəki 4 kənd boşaldıldı.Tam bir il Berdadzor əsirlikdə qaldı.Azərbaycanlılar erməni yaşayış məntəqələrini qarət etdilər və Mets Şen kəndi yaxınlığındakı kilsələrindən birini söküb darmadağın etdilər.

Düşmən Berdadzora sahib olduğuna artıq inanırdı, Artsax artıq onların idi vəssalam… Ancaq berdadzorlu bir çox azadlıq döyüşçüsü düşmənə qarşı mübarizəni davam etdirdi, Karintakın qəhrəmanlıq döyüşündə iştirak etdi və cəmi bir il sonra,  1992-ci ildə Şuşinin azad edilməsindən  10 gün keçmiş , mayın 17-də Lisaqorun azad edilməsindən sonra erməni dəstələri Berdadzora daxil oldular.

Erməni diyarı azad edildi. Ertəsi gün düşmən Laçın və Zabuldan da qaçdı. Bundan əvvəl, mayın 16-da Qoris bölgəsinin Tegh kəndindən olan Melikset Poqosyanın “Melonun” rəhbərlik etdiyi hərbi hissə, Tusi ilə Laçın arasında  fəaliyyət göstərən  azərbaycanlı hərbi bazalarından birini “Turusin xut” adlanan yerdə məhv etdi. Və 1992-ci ildə  mayın 18-də  “Artsax hərəkatı”nın, xalqımızın, BİRLƏŞMƏK  çağırışı çin oldu”.

Daha çox göstər
Back to top button