BaşlıcaTəhlil

Mərhələli yoxsa paketli? – DQ münaqişəsinin həli üçün hansı metod daha yaxşıdır?

Politoloq Narek Minasyan Sputnik Armenia-ya müsahibədə son zamanlarda tez-tez müzakirə olunan Qarabağ münaqişəsinin mərhələli və paketli həll yollarına və bunların xüsusiyyətlərinə toxundu.

Politoloq Narek Minasyanın fikrincə, mərhələli və ya paketli metodlar yalnız texnologiyalardır, bunlrın üzərində isə, münaqişənin nizamlanma prosesi qurulur. Mərhələli medot münaqişənin mərhələ-mərhələ həlini nəzərə tutur. Yəni, öncə münaqişə ilə bağlı məsələlər üzrə, sonra ikinci sıradakı məsələlər üzrə razılığa gəirlər və belə davam edirlər. Paket metoduyla isə, bütün məsələlər barədə əvvəlcə razılığa gəlirlər, sonra da bu razılaşmaları həyata keçirməyə başlayırlar.

“Təəssüf ki, erməni reallığında bu incəlik çox vaxt gözdən yayınır və mərhələli həll barədə danışanda metodu deyil, varyantı qeyd edirlər. Mənim dediyim məntiqlə danışsaq, aydın olar ki, mərhəəli və ya paket metoduna əsaslanan müxtəif varyantlar təklif oluna bilər və bunlar həll prosesi tarixində fərqli dövrlərdə danışıqlar tərəflərinə təklif edildi”,- politoloq vurğuladı.

Onun sözlərincə, nizamlanma prosesinin əsaslandığı metoddan asılı olmayaraq, bunun məzmunu daha önəmlidir. Yəni, mərhələli və ya paket varyantları əsasında hansı təklifərin olması vacibdir.

“Danışıqlar masaında tərəflər məhz məzmun üçün mübarizə edir ki, həll varyantında yer alan məzmun öz maraqlarına cavab versin. Təsadüf deyil ki, 2019-cu ildə erməni tərəfi həmsədrlər tərəfindən təqdim edilmiş, mərhələli məntiqə əsaslanan varyantları rədd etmişdir, çünki bunların məzmunu erməni tərəfi üçün qəbuledilməzdi”.

Politoloq qeyd edib ki, indi çox danışırlar guya mərhələli deyil, paket həlli məqbuldur, ancaq bunlar stereotiplərdir və əncə bunarın çərçivəsində təklif olunanlara baxmalıyıq, çünki bizim üçün əlverişli olan mərhələli varyant da ola bilər. Məsələn, ilk mərhələylə Azərbaycan tərəfindən Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınması nəzərdə tutulsaydı və ya bizim maraqlarımıza cavab verməyən paket varyantı da ola bilər.

“Erməni tərəfi artıq öz qırmızı xətərini çizdi. Bunlar Artsaxın təhlükəsizliyi və statusudur, baxmayaraq ki həmsədrlər bunu mərhələli və ya paketli varyantla təklif etdilər. Bizim maraqlarımıza cavab verməsələrsə, erməni tərəfi üüçün qəbuledilməz olacaqdır”,-deyə plotoloq qeyd etdi.

Minasyanın həmçinin deyib ki, həə ki həmsədrlərin hansı varyantı üstün tutması aydın deyil, çünki son illərdə tərəflərə müxtəlif şeylər təklif olundu, beləliklə də, hazırda heç bir yeni sənəd hazırlanmadığı müddətdə bunun hansı məntiqə söykəndiyini söyləmək çətindir.

Daha çox göstər
Back to top button