Başlıcaİctimaiyyət

Nubar Afeyan şirkəti tərəfindən hazırlanmış peyvənd üçün sınaqdan keçirilmiş insanlarda koronvirusu ləğv edən antikorlar formalaşıb

Amerikada erməni iş adamı və xeyriyyəçi Nubar Afeyanın “Moderna” biotexniki şirkəti tərəfindən hazırlanan peyvənd Covid-19 ilə mübarizədə ilk müsbət nəticələrini qeydə aldı. Bu barədə CNN şirkətin mətbuat xidmətinə istinadən məlumatlandırıb.

Qeyd olunur ki , ilkin məlumatlar az sayda insanın iştirak etdiyi klinik sınaqların ilk mərhələsi nəticəsində əldə edilmişdir. Sınağın məqsədi peyvəndin təhlükəsiz olub olmadığını öyrənmək olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Massaususets ştatının Kembric şəhərində yerləşən “Moderna”şirkəti , hansı ki, ABŞ-ın Milli Səhiyyə İnstitutları ilə əməkdaşlıq edir, dünyada koronavirus peyvəndi ilə əlaqədar klinik sınaq keçirən 8 şirkətdən biridir.

Şirkətdən verilən məlumata görə, klinik sınaqda iştirak edən bütün səkkiz iştirakçılarda,  virusu zərərsizləşdirən antikorlar  formalaşıb ki, bu da insan orqanizmində koronavirusa yoluxmuş və bərpa olunan antikorların səviyyəsi ilə müqayisə edilə bilər.

Neytrallaşdıran antikorlar, virusu insan hüceyrələrinə zərər verməsinin qarşısını alır.

Şirkət artıq sınaqda daha çox iştirakçını özündə cəmləşdirən ikinci sınaq mərhələsinə başlayacaq. Mütəxəssislər testin üçüncü mərhələsini iyul ayında başlamağı planlaşdırır.

Daha çox göstər
Back to top button