BaşlıcaTəhlil

Ququ quşu xoruzu tərifləyir: Türkiyəli ekspert Türkiyənin Naxicevandakı hədəfləri barədə danışır

Azərbaycanda keçirilən elan olunmamış genişmiqyaslı hücum təlimləri Naxicevan ərazisini də əhatə etdi. Bu, Türkiyənin silahlarını reklam etmək adı altında olsa da, Türkiyənin NMR-dakı maraqlarına bir daha işarə etmək üçün fürsət oldu.

Azərbaycan Müdafiə Nazirliyinin YouTube kanalında yerləşdirilmiş videoda Tükiyənin reaktiv yaylım atəşi sistemləri (MLRS) “strateji əhəmiyyətli anklavda” nümayiş etdirilir. Türkiyədən alınan   TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsi xüsusilə Ermənistan və Azərbaycan arasındakı incə regional hərbi tarazlıq baxımından xüsusi diqqətə layiqdir. Bunu Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqaləsində müəllif, EDAM analitik mərkəzinin profesoru Can Kasapoğlu qeyd edir.

Müəllif qeyd edir ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem “kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər qlobal yerləşdirmə sistemi (GPS) və inertial naviqasiya sistemi (INS) tərəfindən dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi (Block-2) 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Hər iki variantı strateji hədəflərə  birbaşa zərbə endirməyə imkan verir”.

TRG-300 Tiger, qoşunların cəmləşməsi, yüksək əhəmiyyətə malik obyektlər, komandanlıq və nəzarət sahələri, radar stansiyaları, eləcə də artilleriya və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla çox sayda kritik tipli hədəfi məhv etmək üçün nəzərdə tutulmuşdur. İdlibdə 2020-ci ilin fevral ayında baş verən bir eskalasiya zamanı, Türkiyə hərbçiləri Tiger MLRS-ni cəbhə bölgəsinə yerləşdirdilər.

Türkiyəli ekspertin fikirincə, bu silahların Naxicevanda yerləşdirilməsi Azərbaycan hərbi planlaşdırıcılarına “regional rəqibini dolandırmaq üçün bəzi dəyərli imkanlar” verir.

 Ən əsası, bütün bunlar birbaşa Türkiyənin 3-cü Sahə Ordusu ilə əlaqəlidir.

Beləliklə, Can Kasapoğlu yazır ki, Azərbaycan bölmələri Ermənistan qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı Yerevana hücum edə bilər. Ya da “Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsə bilər”. “Yuxarıda göstərilən ssenarilərlə birlikdə, Türkiyə MLRS-nin atəş gücü Naxicevan cəbhəsi boyu Azərbaycan-Ermənistan güc balansını dəyişdirməyi vəd edir. Mövcud Azərbaycan hərbi sənədləri raket və artilleriya sistemlərinin dərin zərbə vurma imkanlarına çox önəm verir.

Bununla yanaşı, son 10 ildə Ankara ilə Bakı arasında ikitərəfli müdafiə əlaqələri yeni bir səviyyəyə çatdı, 2010-cu ildə imzalanmış  Strateji Tərəfdaşlıq  və Qarşılıqlı Dəstək Sazişi sayəsində həqiqi  hərbi ittifaqa çevrildi.

Ümumiyyətlə, Türkiyə və Azərbaycan sadə ritorikadan kənarda “iki dövlət, bir millət” anlayışını inkişaf etdirə bildilər. Naxicevan bölgəsində TRG-300 Tiger silahlarının yerləşdirilməsi onların hərbi müttəfiqliyinin daha bir təzahürü olacağını sübut edir, hansı  da 2016-cı ilin yazında baş verən qarşıdurmalar zamanı artıq Bakı üçün ödənilmişdir”- deyə ekspert düşünür.

Daha çox göstər
Back to top button