BaşlıcaTəhlil

Əliyev Putini qəzəbləndirdi: Naxicevanın cavabı Dağıstanda?

Rusiya Xİ naziri Sergey Lavrovla Azərbaycan XİN başçısı arasında telefon danışığı olub. Onlar koronavirus şəraitində iki ölkə vətəndaşlarının vətənə dönmə məsələsini və bu istiqamətdə aparılan işləri müzakirə etdi.

Elə görünür ki, Rusiya üçün azərbaycanlılar məsələsi olduqca ağrılı hala gəldi, çünki bundan öncə də məsələni Putinlə Əliyev müzakirə etmişdi. Telefon danışığı RF prezidentinin təşəbbüsü ilə keçirilib. Maraqlıdır ki, Azərbaycandan yayılan məlumatda ikitərəfli məsələlər barədə müzakirələr barədə deyilir, ancaq Kremlin saytında yalnız Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində yığılmış azərbaycanlıları vətənə göndərmə məsələsi barədə yazılır.

Bu göstərir ki, Rusiya üçün Putin-Əliyev danışığında bir məsələ olub. Bu kontekstdə Lavrov-Məmmədyarov telefon danışığı da sübut edir ki, Bakı sərhəddə yığılan azərbaycanlıları qəbul etməməklə Moskvanı ciddi şəkildə narahat etdi. Bəzi məlumatlara görə, onların sayı bir neçə minə çatır.

Bu məsələ Dağıstanda epidemiyanın yayılması ilə bağlı Putinin narahatlığı fonunda daha da nəzərə çarpandır. Putin son günlərdə vəziyyəti idarə etmək üçün Fövqəladə hallar və Müdafiə Nazirliyini cəlb etməyə çağırdı. Əliyevə və Məmmədyarova Moskvadan edilən zənglər göstərir ki, Kremldan Bakıya Dağıstandan “çıxmağa” təvsiyə edirlər.

İstisna deyil ki, Bakı sadəcə şantaj edib alış-veriş etmək istəyir, hətta Artsax məsələsində də…

Putinlə Əliyevin zəngəri alış-verişdirmi yoxsa Bakı üçün ultimatumdur? Yoxsa Putin Dağıstandakı azərbaycanlıları Naxicevanda Yerevan və Moskva üçün nümayiş olaraq keçirilən hərbi təlimlər fonunda mı xatırlayıb? Hətta mümkündür ki, Bakı bu göstərişdə sadəcə Türkiyənin vasitəçisidir və bunun üçün də cavabını Dağıstan istiqamətindən alır.

Daha çox göstər
Back to top button