BaşlıcaSiyasət

Elmar Məmmədyarovla Sergey Lavrov Artsax məsələsini müzakirə etdi

Mayın 19-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. Nazir Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş ən son video-konfrans formatında görüşü barədə məlumatlandırıb.

Nazirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.

Daha çox göstər
Back to top button