BaşlıcaSiyasət

Erməni istehsalı olan PUA uğurla sınaqdan keçirilib – Video

Ermənistan ordusu yeni və yerli istehsalı olan döyüş PUA-ları ilə təmin olunacaq. Yaxında bunların seriyalı istehsalına başlanacaq.

ER Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz facebook səhifəsində video yayaraq erməni istehsalı olan pilotsuz uçuş aparatın sınağını təqdim etdi.

Stepanyan yazıb ki, erməni istehsalı olan PUA uğurla yekun sınaqdan keçirilib. Yaxın aylarda onun seriyalı istehsalına başlanacaq və PUA müdafiə sisteminə daxil olunacaqdır.

Ermənistan Silahlı Qüvvələri yerli istehsalın yeni modellərini əlavə etməklə ardıcıl olaraq aviasiyanı inkişaf etdirirlər. Yaxında MN yerli PUA-larla təmin ediləcək.

Daha sonra ER Baş naziri Nikol Paşinyan da eyni videonu Facebook-da paylaşıb və qeyd edib ki, PUA-ların istehsalı Artsaxda həyata keçirilir.

Daha çox göstər
Back to top button