BaşlıcaSiyasət

Nikol Paşinyan Artsaxda yeni seçilmiş Prezidentin andiçmə mərasimində iştirak edəcək

ER Baş naziri Nikol Paşinyan, Artsax Respublikasının yeni seçilmiş Prezidenti Arayik Harutyunyanın andiçmə mərasimində iştirak edəcəkdir. Bu haqda  sorğuya  cavab olaraq ER Baş naziri aparatının İnformasiya və İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Arayik Harutunyanın vəzifəsini təhvil almasına həsr olunmuş parlamentin xüsusi iclası  mayın 21-də saat 18:00-da Şuşinin  Mədəniyyət və gənclər mərkəzinin zalında keçiriləcək. Jurnalistlərin  zala girməsinə icazə verilməyəcəyi məlumdur.

Aprelin 15-də  Artsax Respublikasının  Prezident seçkilərinin  ikinci mərhələsinin nəticələriylə “Azad Vətən” partiyasının sədri Arayik Harutunyan Prezident  seçilib. İkinci mərhələdə onun rəqibi Xİ naziri Masis Mailyan idi. Birinci mərhələnin   səsverməsi martın 31-də keçirilib.

Daha çox göstər
Back to top button