Başlıcaİctimaiyyət

Yevlaxda polislə sakinlər arasında qarşıdurma olub

Azərbaycanın Yevlax şəhərində “Qaraçılar məhəlləsi”nin bir qrup sakini ilə polis arasında qarşıdurma yaşanıb. Münaqişə sakinlərin karantin rejiminin sərtləşdirilmiş tədbirlərinə riayət etməkdən imtina etməsindən sonra baş verib. Bu barədə Turan-a yerli sakinlər bildiriblər.

Tədbirlərin sərtləşdirilməsinin səbəbi bu məhəllənin sakinləri arasında 53 nəfərin koronavirusa yoluxması olub. Ümumilikdə isə son bir gündə şəhərdə 80 nəfər koronavirusa yoluxub. Bununla əlaqədar karantin tədbirləri sərtləşdirilib. Amma bu, sakinlərin narazılığına səbəb olub, onlar etiraz aksiyası keçiriblər və polislərə daş atıblar.

Şəhərə daxili qoşunların hərbi qulluqçuları yeridilib. Danışıqlardan sonra etiraz edənlərin bir hissəsi dağılışıb, həkimlər onlardan test götürməyə başlayıb. Testlərin cavabları gələnə qədər həmin yerdə məhdudlaşdırıcı karantin tədbirləri davam etdiriləcək, deyə DİN-dən bildiriblər.

Daha çox göstər
Back to top button