ArtsaxBaşlıca

Artur Tovmasyan Artsaxın 7-ci çağırış parlamentinin sədri seçildi

Mayın 21-də “Azad Vətən” iffifaqının fraksiyasını təmsil edən Artur Tovmasyan Artsaxın 7-ci çağırış parlamentinin sədri seçildi.

Artur Tovmasyan 1962-ci il dekabrın 2-də anadan olub. Fizika-riyaziyyat elmləri namizədidir. Rusiyanın Ermənistandakı Təbii Elmləri Akademiyası şöbəsinin fəxri doktorudur. Artsax Atletika Federasiyasına rəhbərlik edir. 1995-ci ildə DQR 2-ci çağırış parlamentinə deputat seçildi. 1996-1997-ci illərdə DQR parlamentinin spikeri olub. 2005-ci ildə respublika parlamentinin deputatı seçildi. 2010-cu ildə Artsax parlamentinin sədr müavini seçildi.

Artsax parlamentinin sədr müavini “Birləşmiş Vətən” partiya fraksiyasının deputatı Qagik Bagunts seçildi.

“Azad Vətən” ittifaq fraksiyasını təmsil edən Eduard Ağabekyan Artsax parlamentinin Hesablama Komitəsinin sədri seçildi, “Ədalət” partiya fraksiyasını təmsil edən Metaksiya Hakobyan isə, katibi seçildi.

Komitə tərkibinə “Birləşmiş Vətən”, “Daşnaktsutsyun” və Artsax Demokratik partiyaları fraksiyalarının birər deputatı seçildi.

Daha çox göstər
Back to top button