BaşlıcaTəhlil

“Azərbaycan türklərin 1915-ci ildə apardığı siyasətinin daşıyııcısıdır”

Azərbaycan mayın 18-dən Naxicevanda 5 günlük operativ-taktiki genişmiqyaslı hərbi təlimlər keçirir və bu təlimlər hücum xaraktərlidir. Hələ mayın 14-də ER Müdafiə Nazirliyi Azərbaycan tərəfindən epidemiya şəraitində regiondakı təhlükəsizlik mühitini gərginləşdirən hərbi təlimlərin keçirilməsini pisləşmişdi.

Parlamentin “Mənim Addım” fraksiyasının üzvü Tatevik Hayrapetyan “Hayastani Hanrapetutyun” qəzeti ilə söhbətdə qeyd edib ki, son təlim marta keçirilmişdi, ancaq bu cür təlimlər adətən ildə 4 dəfə keçirilir.

Deputatın sözlərinə görə, beynəlxalq tərəfdaşlara göstərməliyik ki, Azərbaycan türk siyasətini davam etdirir. “Faktiki olaraq Azərbaycan 1915-ci ildə Türkiyənin bitirə bilmədiyi işi yerinə yetirmək istəyir. Azərbaycan məhz bu siyasətin daşıyıcısıdır. 1915-ci ildə biz bununla üz-üzə gəldik, bizi qırdılar və vətəndən məhrum etdilər. İkinci dəfə belə bir şeyə yol verilməyəcəkdir. Biz cavabımızı 1980-lərin sonunda və 90-lar əvvəllərində Artsaxın azad olunması ilə vermişik”,-deyə deputat əlavə edib ki, Azərbaycan ermənilərin yox olmasını istəyir, amma biz vətənimizdə yaşamaq hüququmuzu müdafiə etməyə davam edəcəyik.

Daha çox göstər
Back to top button
Close