BaşlıcaSiyasət

Azərbaycanda cinayətkarlar kütləvi şəkildə sərbəst buraxılır, “siyasətçilər” isə saxlanmaqda davam edilir

Koronavirus epidemiyasının  başlanığıcından Azərbaycan Ədliyyə nazirliyi nədznində İctimai komissiyanın müraciətləri əsasında  məhkəmələr 1020 məhkumu həbsxanalardan erkən azad etmişdir.

Onlardan 809-u şərti azadlığa buraxılıb, 211-i koloniyalara köçürülüb. Bu haqda Turan-a açıqlamasında “Cəmiyyət və mülki münasibətlərin İnkişafı” Cəmiyyəti təşkilatının sədri Əhməd Abbasbəyli  bildirib.

Onun sözlərinə görə, çox sayda müraciət var, ancaq vaxtından əvvəl azad edildikdə, cinayətin xarakteri və cəzanın çəkildiyi hissə nəzərə alınır.

Ancaq, Siyasi məhbusların Monitorinqi mərkəzinin rəhbəri Elşən Həsənovun sözlərinə görə, vaxtından əvvəl azad olunanlar arasında siyasi məhbuslar yoxdur.

 “Ümumyoluxma dövründə  azad edilmək məsələsində  ayrıseçkilik var.Bu tədbirlər siyasi məhbuslara şamil edilmir.

Məsələn, Səid Dadaşbəyli qrupundan olan üç siyasi məhbusun cəzalarının bitməsinə iki aydan az vaxt qalıb , bununla yanaşı onlar  heç bir qanun pozuntuları etməməsinə  baxmayaraq sərbəst buraxılmayıb.

Onlar prokurorluğa müraciət etmişdir, lakin  məhkəmələr imtina edib. “Hətta cüzi cinayətlərə görə məhkum olunmuş Qarabağ müharibəsi veteranlarına qarşı da ayrıseçkilik var”- deyərək Həsənov bildirib.

Onun sözlərinə görə, Nardarandakı hadisələrlə əlaqədar 65 yaşdan yuxarı olan yalnız iki məhkum azadlığa buraxılıb.

Daha çox göstər
Back to top button