Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 3631-ə çatıb

Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 3 631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1 335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245 609 test aparılıb.

Daha çox göstər
Back to top button