Başlıcaİctimaiyyət

Azərbaycanın Fövqəladə Hallar naziri qəzaya düşdü (video)

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov avtomobil qəzasına səbəb oldu.

Azərbaycan KİV-lərinin məlumatına görə, dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində nazirin xidməti maşını qəzaya düşüb.

Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.   Mühafizəçilər dərhal naziri arxadakı maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Kəmaləddin Heydərov qeyd edib ki, xəsarət almadı.

“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm” – nazir deyib.

Daha çox göstər
Back to top button