BaşlıcaSiyasət

Balayan: “Azərbaycan hərbi təlimlərini əvvəlcədən elan etməyib”

Bu günlərdə Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlər Ermənistan sərhədlərində gərginliyə səbəb olmayıb.

Azərbaycan hərbi təlimlərini  barədə öncə açıqlamayıb. ER Müdafiə nazirinin müavini Qabriel Balayan parlamentdə jurnalistlərlə söhbətində bu günlərdə Azərbaycanda baş verən genişmiqyaslı hərbi təlimlərə toxunub.

“Azərbaycanın beynəlxalq müqavilələrə uyğun bir öhdəliyi var və əvvəlcədən hərbi təlimləri elan etməlidir. Azərbaycan tərəfi hərbi təlimlər elan etməsə də, biz artıq rəqibin belə bir yanaşmasına alışmışıq. Bu  hərbi təlimlər Ermənistan sərhədləri üçün gərginlik yaratmadı”-deyə Balayan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu cür hərəkətləri yenilik  olmadığından, döyüş tapşırığının aparılmasında dəyişiklik yoxdur. Balayan bildirib ki, Müdafiə nazirliyi hərbi təlimlər nəticəsində Ermənistanın və ya Artsaxın təhlükəsizliyinə hər hansı bir təhlükənin olduğunu hiss edərsə, yerində qabaqlayıcı tədbirlər görəcəkdir.

«Բաղրամյանում» լայնածավալ մարտավարական զորավարժություններ են մեկնարկել

Hal-hazırda bu hərbi təlimlər sarıdan bir-başa  təhlükə hiss edilmir, lakin nəzarət gündəlik rejimlə həyata keçirilir. Xatırladaq ki, Azərbaycan silahlı qüvvələri mayın 18-22-ə kimi genişmiqyaslı operativ-taktiki təlimlər keçirir. Təlimlərdə 10 minə qədər hərbçinin, 120-yə yaxın tank və zirehli texnikanın, 200-dək müxtəlif çaplı raketlərin, raket atıcı və qumbaraatanların, 30-dək aviasiyanın, eləcə də pilotsuz uçuş aparatlarının iştirak edəcəyi qeyd olunur.

Daha çox göstər
Back to top button