Başlıcaİdman

Futbol üzrə Ermənistan çempionatında 5 əvəzləmə olacaq, əlsıxma olmayacaq

Ermənistanın Futbol Federasiyası oynanılacaq turnirlərdə hər komandaya 5 əvəzləmə etmək icazəsi verir.

“Armenpress” məlumat verir ki, yeni dəyşikliklərlə  2019-2020 mövsümünün ER Ali və Birinci qrupların Çempionatının başlanmasından iki gün əvvəl EFF klublara koronavirus testlərini verəcək.

Klubların bütün heyəti üçün (oyunçular, məşqçilər, rəsmilər və s.) testlər aparılmalıdır.

Stadionda hər kəs quruyucu maska taxmalıdır. Komandalar stadiona fərqli saatlarda gəlməlidir və klubların avtobusları oyunlara getməzdən əvvəl dezinfeksiya olunmalıdır.

Hər komandaya maksimium 5 əvəzləmə etmək icazəsi veriləcək.

Oyunlar zamanı əlsıxmalar, komanda şəkilləri, sarılma, bayraqlar və suvenerlərin mübadiləsi qadağandır.

Daha çox göstər
Back to top button