BaşlıcaSiyasət

Gabriel Balayan: “Orduda qətl hadisələrinin qarşısını almaq üçün mümkün qədər çox işlər görülür”

Orduda qətllərin qarşısını almaq üçün mümkün olduğundan daha  çox işlər aparılır.Müdafiə nazirinin müavini Qabriel Balayan mayın 20-də parlamentdə jurnalistlərlə söhbətində bunun cəmiyyətin obyektiv diqqəti altında edildiyini qeyd etdi.

“Eyni əməl bir mülki şəxs tərəfindən edilərsə, hərbiçi  tərəfindən edilənə nisbətən daha yüngül cəza tətbiq edilir. Son vaxtlar Silahlı qüvvələrdə intihar etməyə çatdırmaq  cəzası daha da sərtləşdirildi” –deyərək nazir müavini cəzalandırılanların adlarını tam olaraq açıqlaya bilmir, çünki rəqib tərəfə də maraqlı ola bilər.

“Məsələn, son hadisələrdə istefa edən, kimin vəzifəsindən azad edildiyi, kimin mühakimə olunduğu və kimin  vəzifəsi endirilib, kimə qarşı hansı ittihamların irəli sürüldüyü, o cümlədən zabit heyətindən,   nəyan olundu”-  deyərək o, qeyd etdi.

“Orduda qətllərin qarşısını almaq üçün mümkün qədər çox işlər görülür. Ancaq ideal bir şey etdiyimizi söyləmirəm, əgər ideal olsaydı, belə halları qeyd etməzdik. Siz elə bir  ordu tapa bilməzsiniz bu kimi halların qeydə alınmadığı olsun.

Mən təbii ki, bunun normal olmasını demirəm, bu çox pisdir,  çünki bu o deməkdir ki, kimsə vəzifəsini  icra edə bilmədiyi üçün belə hadisələr  baş verir. Hələ görüləsi işlərimiz çoxdur”.

Qabriel Balayan eyni zamanda mentalitetin dəyişdirilməsi probleminin olduğunu və bu müddətdə belə bir dəyişikliyin baş verdiyini qəbul etdi. “Ancaq mentaliteti dəyişdirmək üçün çox çalışmalıyıq, bu birmənalıdıdır”.

Daha çox göstər
Back to top button