BaşlıcaSiyasət

Həmsədrlərin güc tətbiq etməməsi barədə bəyanatları Azərbaycana ünvanlanır: Tatevik Hayrapetyan

“Mənim addımdım” fraksiyasının deputatı Tatevik Hayrapetyanın sözlərincə, Artsaxdaki seçkilər, Artsax hakimiyyəti barədə Azərbaycan XİN-in şəhrləri heç də yeni deyil. O Tert.am ilə söhbətində qeyd etdi ki, azərbycanlılar illərdir eyni lüğətdən istifadə edir.

“Ancaq tarix göstərir ki, bu lüğətə baxmayaraq, real nəticə əldə etmək istəyəndə, Artsax hakimiyyəti ilə birbaşa əlaqə qururlar. 1994-cü ildə həqiqətən Azərbaycana ehtiyacı olan atəşkəs və ondan əvvəlki dövrdə, indiki prezidentin atası Heydər Əliyev Artsax hakimiyyəti ilə birbaşa danışıqlara başlamışdır”- deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycan XİN Artsax Respublikasında prezident seçkilərini, mayın 21-də Şuşidə keçiriləcək Artsax Prezidentinin andiçmə mərasimini və ER Baş nazirinin tədbirdə iştirakını tənqid edən bəyanat yaydı.

Bəyanatda istifadə olunan güc təhdidinin dili haqqında danışan Tatevik Hayrapetyan qeyd etdi ki, beynəlxalq birlik, eyni ATƏT-in Minsk Qrupu, müəyyən etdikləri prinsiplərə uyğun olaraq öz qiymətləndirmələrini vermişdi. “Həmsədrlərin güc tətbiq etməməsi barədə bəyanatar Azərbaycana ünvanlanır, çünki Azərbaycan həmişə belə təhdidlərlə çıxış edir”- deyə o qeyd edib.

Bu bəyanatların ünvanlı olmamasıyla bağlı suala cavab verərək Tatevik Hayrapetyan vurğuladı: “Təbii ki, bu vəziyyətdə vasitəçilərin bəyanatları ünvanlı olmur. Tərəflərin riayət etməli olduğu prinsiplər var. Lakin bu prinsiplərin pozucusu həmişə eyni tərəf olur, ona görə Azərbaycan bu məsuliyyəti daşıyır. Eyni beynəlxalq platformalarda səslənən Azərbaycanın bəyanatlarında da təhdidlər var və beynəlxalq ictimaiyyət üçün yeni bir şey deyildir. Təbii ki, bunun ümumi qiymətləndirməsi var. İndi, COVID-19 kontekstində, BMT baş katibi barışığa çağırdı, Azərbaycan buna çox gec qoşuldu. İndi o, bütün prinsipləri pozur və bu fakt tərəfdaşlarımıza müvafiq kanallar vasitəsilə çatdırılır. Ancaq düşünmürəm ki, hər dəfə ünvanlı cavab olmayacaq, ümumi reaksiya və ixtisas var”.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan ritorikasının yumşalması var. “Xüsusilə inqilabdan sonra Paşinyan-Əliyev görüşləri nəticəsində, lakin həm bəyanatlar, həm də hərbi təlimlər Azərbaycanın bu üslubda davam etmək istəmədiyini açıq şəkildə göstərir. Bu, bir tərəfdən, koronavirusun yayılması və neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanda böyüyən problemlərin bir nəticəsidir, digər tərəfdən bu, onların daimi siyasətinin davamıdır”.- deyə o dedi, qeyd edərək ki, keçmişdə müharibənin bitməməsi ilə bağlı ifadələr olmuşdur, hətta onu “Qarabağın ilk müharibəsi” adlandırırlar, yəni bu süur həmişə siyasi şüurlarında, beyinlərində olub”.

Daha çox göstər
Back to top button