
“Şahumyanlılar, getaşenlilər və martunaşenlilərin bu gün daha çox mənəvi dəstəyə və səmimi sözlərə ehtiyacı var” – deyə Aknaberd icmasının rəhbəri Hamlet Sayilyan qeyd edir.
– Onların yarası dərindir və yalnız mərhəmət və qayğıkeş münasibətlə müalicə edilə bilər. Demək olar ki, hamısı heyvanlara və quşlara qulluq edir, öz torpaq sahələrinə sahibdirlər. Bu il bir çoxu taxıl, qarğıdalı və kartof əkdi və xeyirli bir məhsul gözləyir.
Otuz nəfərə yaxın insan kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı ilə bağlı iş planlarını təqdim etdi və tezliklə onlar dövlətdən kredit alacaqlar.
Sosial və məişət baxımından bir çox problem və məsələlər həll ediləcək, gündəmdə olacaq və əhalinin həyat səviyyəsi yaxşılaşdırılacaqdır. Bu zaman məsələsidir”.
Köçkün Şahumyan sakinləri əsasən Artsax hökuməti tərəfindən Aknaberd, Çarektar, Dadivank və Tonaşen kəndlərinə köçürülüb.
Doğrudur, həll olunmamış məsələlər çoxdur, amma ən başlıcası adamların başlarının üstündə bir dam örtüyü var, bağ və tərəvəz yetişdirməsiçün bir parça torpağı var,ocaxlarda uşaqlar doğulur yaşa dolur, hökumət isə onlar üçün məktəblər açmasıdır.
Aknaberd orta məktəbinin (direktor Norayr Galstyan) yenidən qurulması, təmiri və təchizatı ilə Almanya erməni xeyriyyəçisi məşğul oldu.Sonra bu Hayastan Ümumerməni Fondunun dəstəyi ilə təmir edildi və avadanlıqlarla təchiz edildi.
Şahumyanda anadan olan fərdi sahibkar Vitaliy Qriqoryan öz vəsaiti ilə həmvətənləri üçün 100 baş inək alıb onlara paylayıb.Şahumyanlıların başqa bir dostu , Aknaberddə Artak Qahramanyan və kənddə demək olar ki, bütün ailələrin telefondan istifadə etməsiçün telefon stansiyası quraşdırmışdır….”