
ER XİN mətbuat katibi Anna Nağdalyan Artsaxın yeni seçilmiş prezidentinin Şuşidə keçiriləcək andiçməsiylə bağlı Azərbaycan XİN-in bəyanatını şəhr edib.
“Müharibə təhdidiləri və militant münasibət, istər bəyanat şəklində, istərsə beynəlxalq öhdəliklərə zidd olaraq genişmiqyaslı təlmilər şəklində, Azərbaycanın qeyri-konstruktiv mövqeyinin ənənəvi komponentləridir və bunlar Qarabağ məsələsində erməni tərəflərinin mövqelərinə və Artsaxda baş verən demokratik proseslərə heç bir şəkildə təsir edə bilməyəcək.
Bununla birlikdə, bunlar məzmun məsələlərinin müzakirəsi üçün lazım olan sülh mühitinin formalaşmasına mütləq zərər verir. Ermənistan münaqişənin yalnız ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində sülh yolu ilə həllinə sadiqdir.
Demokratik proseslər nəticəsində hökumətin formalaşması münasibətilə Artsax xalqını bir daha təbrik edərək, bir daha təsdiqləmək istəyirik ki, Ermənistan Respublikası sülh prosesində Artsax xalqını təmsil edən yeni hakimiyyət orqanları ilə sıx işləməyə və bu çərçivədə, heç bir məhdudiyyət qoyulmadan Aetsax xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə ardıcıl dəstək verməyə davam edəcəkdir”.