BaşlıcaSiyasət

ABŞ hökuməti Ermənistana epidemiyaya üstün gəlmək üçün 5,4 milyon dollar yardım edib

ABŞ hökuməti koronavirusun aradan qaldırılması üçün qlobal bir yardım paketi çərçivələrində Ermənistana 5.4 milyon dollar yardım etmişdir.

Bu haqda  ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi mayın 21-də Facebook-da canlı yayım zamanı bildirib və ABŞ-ın Ermənistana əlavə 1 milyon dollar yardım göstərəcəyini qeyd edib.

Onun sözlərinə görə, bu tədbirlər laboratoriya imkanlarını inkişaf etdirməyə və koronavirusa yoluxmuş ən ciddi xəstələrin müalicəsinə yönəlib.

 “Bu, əməkdaşlığımız üçün yeni bir istiqamət deyil, çünki USAID 20 il ərzində Ermənistana tibbi yardımın əldə edilməsini və keyfiyyətini yaxşılaşdırmaq üçün 106 milyon dollar yardım etmişdir.

 Bundan əlavə, agentlik tərəfindən kənd yerlərini 2\3  hissəsini ambulatoriya müəssisələrinin bərpası üçün səy göstərilmişdir.

Tibbi xidmətlər göstərmək səviyyəsini    bərpa etmək istiqamətində   hələ 2019-cu ilin oktyabr ayında USAID Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişdir”-deyərək o əlavə edib..

Səfir bütün bölgələrdə əhalinin həssas təbəqələri ilə də iş aparıldığını qeyd etdi. “Xüsusilə, Ermənistanın bütün ərazilərində  8000 ailəyə qida və gigiyena məhsulları verildi. Bundan əlavə, bölgələrdə kiçik biznesin inkişafına 1,2 milyon dollar xərclənəcək”- deyə  Treysin qeyd edib.

Diplomat əlavə edib ki, səfirlik həm ER hökuməti, həm də digər beynəlxalq tərəfdaşlarla fəal işləyir.

Daha çox göstər
Back to top button