BaşlıcaSiyasət

ABŞ səfiri Lavrovun Qarabağla bağlı sualına birbaşa cavab verməkdən çəkindi

Minsk Qrupu həmsədrləri kimi bizim vəzifəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması səylərini dəstəkləməkdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi mayın 21-də canlı yayımlanan Facebook-da çıxışı zamanı ABŞ-ın Rusiya Xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatını bölüşürmü, sualını cavablandırarkən deyib.

Bundan əvvəl rusiyalı nazir mərhələli həll variantı ilə bağlı diqqətəlayiq bir bəyanatla çıxış etmişdir.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və biz işimizi konstruktiv metodlarla həyata keçirməyə çalışırıq. Qeyd etmək istərdim ki, Vaşinqton ATƏT-in Minsk Qrupu həmsədrinin işində fəal iştirak edir.

Biz  bu uzadılmış münaqişənin sülh yolu ilə həllinə sadiq qalmadayıq”-deyərək  o, qeyd edib.

Səfir, əməkdaşlıq kontekstində, ATƏT çərçivəsində, o cümlədən tərəflərin virtual formatda iştirakı ilə məsləhətləşmələrin davam etdiyini qeyd etdi.

Daha çox göstər
Back to top button
Close