ArtsaxBaşlıca

Artsax Respublikasının Prezidenti: “Artsax Ermənistandır vəssalam”

Dünən Artsaxın Şuşi şəhərində Artsax Respublikasının yeni seçilmiş Prezidentinin andiçmə mərasimi keçirilib. Mərasimdə Artsaxın Prezindenti öz nitqində qeyd etdi ki, 28 il əvvəl Artsaxın Ermənistana birləşdirmə arzusu var idi.

“Azad və birləşmiş Vətən görmək arzumuz var idi. O arzunun qurulması prosesi asan olmadı. Özümüzə güvənərək və bütün ermənilərin güclü dəstəyi ilə birləşmiş və azad vətənə ssahib ola bildik və bunu 28 il qoruyub inkişaf etdirdik. İndi yeni arzularımızın gerçəkləşdirməsinin vaxtıdır.Güclü bir vətən qurmağının vaxtıdır artıq. Birləşmiş Erməni Vətəninin ümumdünya beynəlxalq roluna və məsuliyyətinə xəyal etmək və bu istiqamtində hərəkət etmək vaxtı gəldi.

Artsax Ermənistandır vəssalam. Bu məşhur tarixi aksiomanın kökləri əsrlər boyu erməni xalqı öz torpaqlarında yaşamaqla zənginləşdirdi. Artsax azadlıq müharibəsi Erməni xalqının qələbələrinin şanlı səhifələrindən biri idi, bunun mühüm tacı isə Şuşinin azad olunmasıdır.

Ümid edirəm ki, Parlamentin növbəti həqiqi iclası Şuşidə olacaq. İstəyimiz var ki, Parlament Şuşiyə köçürülsün və biz bu istiqamətdə addımlar atacağıq”,- deyə Arayik Harutyunyan qeyd etdi.

Artsax Respublikasının Prezidenti hımçinin bildirib ki, Artsax bütün potensialı ilə Ana Vətənini dəstəkləyir. O qeyd etdi ki, ER Baş naziri ilə birlikdə birləşmiş Vətənimizin qarşısında duran problemlərin həlli və çağırışlarla üzləşmənin bütün çətinlikləri bölüşməyə hazırdır.

Arayik Harutyunyan andişmə mərasimində fəaliyyətinin əsas istiqamətlərini də təqdim etdi.

“Yaşasın Erməni xalqı! Yaşasın bizə müqəddəs vətən və dəyərlər yaradan erməni əcdadlarımız! Yaşasın Ermənistan Respublikası, Artsax Respublikas və Erməni Diasporu! Yaşasın azad, müstəqil, güclü, xoşbəxt və birləşmiş Ermənistanda əbədi yaşayacaq olan gələcək nəsilləri. Sonunda qeyd etmək istəyirəm ki, Artsax Ermənistandır vəssalam”, – deyə Artsax Respublikasının Prezidenti vurğulayıb.

Daha çox göstər
Back to top button