Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 3749-a yüksəldi

Azərbaycan Respublikasında 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 3 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1 365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252 496 test aparılıb.

Daha çox göstər
Back to top button